Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunan Gənclər Forumu keçirilib.
Gülüstan sarayında təşkil olunan Gənclər Forumunda gənc sahibkarlar, dövlət proqramlarının iştirakçıları, keçmiş məcburi köçkün, şəhid ailələrinin gənc üzvləri, Vətən müharibəsi iştirakçıları, təhsildə və sosial inklüziv fəaliyyətdə fərqlənənlər qatılıblar.
Forumda iştirak edən Prezident İlham Əliyev çıxış edərək gənclərə öz tövsiyələrini verib, onların suallarını cavablandırıb. Həmçinin, Forumda ölkə başçısı bu il Prezident mükafatına layiq görülən gənclərə öz mükafatlarını təqdim edib.
Prezidentlə görüşdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 1-ci kurs magistr tələbəsi Fərid Bağırov da olub. O, görüşdən məmnunluğunu belə ifadə edib:
“Görüş çox xoş keçdi. Cənab Prezidentə həm ö, həm də bütün gənclərin adından dərin minnətdarlığımızı bildiririk ki, hər zaman gənclərə böyük qayğı və diqqətlə yanaşır, dəstək olur. Forumda bəzi gənclərimiz Prezident mükafatına layiq görüldülər. Onların da hər birini ürəkdən təbrik edib, uğurlar və müvəffəqiyyətlər arzu edirəm.