Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) üçün hər zaman akademik etika və şəffaflıq ən yüksək dəyərlərdən biri olmuşdur.
28 sentyabr tarixində sosial şəbəkələrdə ADMİU-nun professoru İlham Rəhimli haqqında yayılmış xəbər və görüntülər kimliyindən asılı olmayaraq, universitet rəhbərliyi və professor-müəllim heyəti tərəfindən qınanılır.
Bildirmək istəyirik ki, mövcud vəziyyətlə bağlı rəhbərlik tərəfindən dərhal araşdırılma başladılıb, şikayətçi tələbələr dinlənilib və sözügedən müəllimlə bağlı müvafiq tədbirlər görülüb.