ADMİU-NUN TƏLƏBƏLƏRİ AUTİZMLİ UŞAQLAR ÜÇÜN KONSERT VERİBLƏR
ADMİU-NUN TƏLƏBƏLƏRİ AUTİZMLİ UŞAQLAR ÜÇÜN KONSERT VERİBLƏR
27.06.2022
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri Tələbə Həmkarlar və Bir könüllü təşkilatlarının Autizm mərkəzində birgə keçirdiyi tədbirdə iştirak ediblər. Gənc istedadlar mərkəzdə müalicə alan uşaqlarla birlikdə vaxt keçirərək, onlara xoş bir gün yaşadıblar.
Musiqili tədbirin məqsədi Mərkəzdə müalicə alan uşaqların erkən yaşlarından musiqi ilə məşğul olmasına həvəs oyatmaq, daxillərindəki istedadı üzə çıxartmaq olub. Tədbirdə qərara alınıb ki, universitetlə əməkdaşlıq daimi xarakter alsın və bu cür tədbirlər davamlı olaraq keçirilsin.
Qeyd edək ki, autizmli gənclərdən biri ADMİU-nun istedadlı tələbəsi, piano ifaçısı Əlisahib Bayramovdur.