
ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin sənəd-informasiya resursları fondunda müxtəlif incəsənət xadimlərinin və professor-müəllim heyətinin təqdim etdiyi şəxsi kitab kolleksiyaları xüsusi yer tutur. Şəxsi kitab kollek¬si¬ya¬ları fondlarının təşkili elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş inno¬va¬tiv prosesin tərkib hissəsi kimi oxucuların marağını cəlb edir. Mərkəzdə Gülşən Əliyeva-Kəngərli, Sevil Kərimova, Fatimat Məmmədova, Nadir Bədəlov, Sahib Novruzov, Zakir Abbas, Aydın Abi Aydın, Cəmil Müfidzadə, Arifə Bakıxanova və Yalçın Əfəndiyevin hədiyyə etdiyi 937 nüsxə sənəd, nəşr (ənənəvi çap və elektron) və s. ibarət kolleksiyalar oxucuların istifadəsindədir. Ədəbiyyat, mədəniyyət, incəsənət, həmçinin bir sıra digər elm sahələrini əks etdirən kolleksi¬ya¬ların tərkibi elmi əsərlər, yaradıcılıq məhsulları, toplular, kitablar, konfrans materialları, e-nəşrlər, hədiyyə olunmuş avtoqraflı nəşrlər, şəxsi kitab kolleksi-yası, fotosurətlər, reprint nəşrlər, albomlar, dövri mətbuat nümunələri ilə zəngindir. Fonda daxil olan kolleksiyaların “İRBİS-64” Avtomatlaşdırılmış Kitabxana Sistemi vasitəsilə elektron məlumat bazası yaradılır və mərkəzin veb səhifəsində istifadəçilərə təqdim olunması və biblioqrafik göstəricisinin hazırlanması nəzərdə tutulur. Mövzu baxı-mın¬dan xeyli zəngin olan bu nəşrlərin mütəmadi olaraq sərgiləri təşkil olunur. Gələcəkdə oxu zallarında şəxsi kitab kolleksiyalarına daxil olan sənədlərin istifadəsi açıq rəf üsulunda təşkil edilməsi planlaşdırılır.