ADMİU-NUN TƏLƏBƏSİ QİRAƏT MÜSABİQƏSİNİN QALİBLƏRİNDƏN OLUB
ADMİU-NUN TƏLƏBƏSİ QİRAƏT MÜSABİQƏSİNİN QALİBLƏRİNDƏN OLUB
21.06.2022
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Teatr sənəti fakültəsinin Rejissor sənəti ixtisasının (dram rejissoru ixtisaslaşması) II kurs tələbəsi, Şəki Dövlət Dram Teatrının aktyoru Elvin Nuri “Cənnətim Qarabağ” bədii qiraət müsabiqəsində II yerə layiq görülüb. Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (TXİ) təşkilatçılığı ilə baş tutan, Azərbaycan bədii fikrinin görkəmli siması, şair və xeyriyyəçi Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyinə həsr olunmuş müsabiqənin diplomunu sahibinə TXİ-nin sədri, Xalq artisti Azər Paşa Nemətov təqdim edib.
Qeyd edək ki, Elvin Nuri eyni zamanda, ADMİU-nun 2021-ci il Aktyor sənəti ixtisası üzrə məzunudur.