ADMİU-NUN TƏLƏBƏSİ İSTANBULDA KEÇİRİLƏN FORUMDA İŞTİRAK EDİB
ADMİU-NUN TƏLƏBƏSİ İSTANBULDA KEÇİRİLƏN FORUMDA İŞTİRAK EDİB
21.06.2022
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) magistratura pilləsində təhsil alan Yusif Cəfərbəyli Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikası Gənclər Fondu, Türkiyə Gənclik Vəqfi (TÜGVA) və "Pakistan-Türkiyə Dostluq Dərnəyi"nin birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan-Türkiyə-Pakistan Gənclərinin Birinci Həmrəylik Forum”unda iştirak edib. Forumun keçirilməsində əsas məqsəd üç ölkə arasında mövcud sıx dostluq, qardaşlıq əlaqələrinin gənclərin iştirakı və töhfəsi ilə daha da möhkəmləndirilməsi və üçtərəfli platforma vasitəsilə ölkə həqiqətlərinin beynəlxalq səviyyədə təbliğindən ibarətdir.
Forumda çıxış edən Yusif Cəfərbəyli Azərbaycan xalq mahnılarını və milli-mənəvi sərvətimiz olan muğamlarımızı öz ifası ilə forum iştirakçılarına təqdim edib, eyni zamanda, formula bağlıvə44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun qazandığı qələbə ilə bağlı fikirlərini Türkiyənin nüfuzlu “A Haber” televiziya kanalıyla bölüşüb. 13-18 iyun 2022-ci il tarixlərində baş tutan səfər çərçivəsində Y.Cəfərbərliyinin də tərkibində olduğu iştirakçı heyət İstanbulun Haliç Universitetində “Şuşa-Türk Dünyasının Mədəniyyət Paytaxtı” mövzusunda fotosərginin açılış mərasimində iştirak edib və 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar olaraq İstanbulda yerləşən Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət ediblər.