“Dünya və teatr Qodonu gözlərkən” mövzusunda
Beynəlxalq Teatr Konfransı haqqında
ELAN

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU)
“Dünya və teatr Qodonu gözlərkən” mövzusunda Beynəlxalq Teatr Konfransı keçirməyi planlaşdırır.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi münasibəti ilə “ADMİU 99+” layihəsi çərçivəsində onlayn formatda keçiriləcək Konfrans
22-23 noyabr 2022-ci il tarixində Bakı şəhərində baş tutacaq.
Konfransın mövzusu S.Bekketin absurd şedevrinin adı ilə əbəsdən səsləşmir: çünki dünyamızın gerçəklərinə, teatr sənətinin çağdaş durumuna aktual refleksiya kimi düşünülüb. Bu gün dünya, cəmiyyət qloballaşma ilə, robotlaşma ilə, ünsiyyətsizlik kollapsı ilə, zəncirvari reaksiya üzrə permanent davam edən lokal müharibələrlə, sosial şəbəkələrin həyasız anarxizmilə üz-üzədir. Bu gün teatr sənətinin də taleyi müəmmalıdır. Amma bununla belə hamı, istər dünyada, istər sənətdə nəyəsə ümid bəsləyir, nəyisə gözləyir. Bu gün Bekketin Qodosu hamının məchul ümidinin rəmzinə çevrilib.
Konfransın məqsədi də dünya və teatr “Qodonu gözlərkən” vəziyyətinə düşmüşkən reallıqda nə baş verdiyini, hansı proseslər getdiyini, teatr sənətini hansı perspektivlər gözlədiyini, müasir zaman kontekstində teatr vektorunun hansı səmtə istiqamətləndiyini, qismən də olsa, aydınlaşdırmaq və çoxsaylı suallara səslər, fikirlər polifoniyasında cavab axtarmaqdır.
Təşkilat komitəsi bu suallara cavab tapmaq istəyən bütün mütəxəssisləri, həmçinin, doktorant, dissertant və magistrantları konfransda iştiraka dəvət edir.
Zoom platforması üzərindən keçiriləcək Konfransın işçi dilləri Azərbaycan, rus, fars, türk və ingilis dilləridir. Konfransın linki tədbirdən bir neçə gün əvvəl iştirakçıların e-mail ünvanına göndəriləcək.
Arzu edənlər iştiraketmə ərizəsini (Forma 1 doldurmaqla) və məruzəni (Forma 2-yə uyğun tərtib etməklə) elektron formada
15 oktyabr 2022-ci il tarixindən gec olmayaraq aşağıdakı e-mail ünvana göndərməklə konfransa qatıla bilərlər:
teatrqodokonfrans@gmail.com
Əlaqə telefonu: (+994 50 610 05 59, koordinator: Fəridə Cəlilova).
Təşkilat komitəsi konfransın mövzu dairəsinə uyğun gəlməyən və tələblərə cavab verməyən materialları qəbul etməmək hüququnu özündə saxlayır. Məruzənin qəbulu barədə məlumat
20.10.2022-ci il tarixinədək müəllifə onun ərizədə göstərdiyi ünvan vasitəsilə çatdırılacaq.
Qəbul edilmiş məruzələrin konfransdan sonra pdf fomatında toplu halına salınması və iştirakçıların e-mail ünvanına göndərilməsi nəzərdə tutulur.
Konfrans haqqında elanın elektron formatı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
http://admiu.edu.az/ və konfransın informasiya dəstəyçisi
http://www.teatro.az saytlarında tanış olmaq olar.
Təşkilat komitəsi
FORMA 1. Konfransda iştiraketmə ərizəsi
Soyadı, adı, atasının adı
|
|
Elmi dərəcəsi və adı
|
|
İş yeri
|
|
Vəzifəsi
|
|
Telefon
|
|
E-mail
ünvanı
|
|
Mə
ruz
ənin
adı
|
|
FORMA 2.
Məruzənin tərtibi qaydaları:
1. Həcm: 5-7 səhifə, format A4, ölçü 14, şrift Times New Roman, hər tərəfdən 2,0 sm., 1,5 interval, abzas 1,25. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
2. Ədəbiyyat siyahısı əlifba sırası ilə tərtib edilməli, istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: [2] və ya [2; 5; 8] və ya [2, 14-15] və ya [2, 17; 7, 233-234].
Materialın strukturu:
1. Məruzənin adı – adi hərflərlə, qalın şriftlə, ortada;
2. Müəllifin adı, soyadı, atasının adı, elmi dərəcəsi, elmi adı, iş yeri (təşkilat), şəhər, ölkə, möbil telefon nömrəsi, elektron poçt ünvanı - adi şriftlə, ortada;
3. Annotasiya (100-150 sözdən ibarət): məruzə işçi dillərdən hansı birindədirsə, digər iki dildə;
4. Açar sözlər (5-7 söz və ya söz birləşməsi): Azərbaycan, rus və ingilis dillərində, annotasiyalardan sonra;
5. Əsas mətn (5-7 səhifə).