ADMİU Kitabxana-İnformasiya Mərkəzində 31 mart 1918-ci ildə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırım hadisələrinin anım günü ilə əlaqədar “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” mövzusunda sərgi təşkil edib. Sərgidə öz amansızlığına və miqyasına görə təkcə bəşər tarixində ən qanlı və dəhşətli faciələrdən birini təşkil edən kütləvi qırğınlardan bəhs edən nəşrlər və dövri mətbuat materialları tələbələrin diqqətinə çatdırılıb. Bu nəşrlərdə tələbələri daha çox ermənilərin uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdikləri, diri-diri yandırdıqları barədə tarixi həqiqətlər maraqlandırıb.
Alimlərimiz tərəfindən erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə hazırladığı kitablar və qəzet məqalələrində milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və digər abidələrin dağıdılması, Bakının böyük bir hissəsinin xarabalığa çevirilməsi haqqında faktlar xüsusi əhəmiyyət kəsb edir. Göstərilən faktlar bir daha daha sübur edir ki, xalqımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımı cinayətləri təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilmiş, dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, şəhər və kəndlər yandırılmış və milli mədəniyyət abidələri dağıdılaraq məhv edilmişdir.
© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.