Bu günlərdə mərkəzin sənəd-informasiya resursları fonduna musiqimizlə bağlı 2 mühüm nəşr daxil olub. ADMİU-nun rektoru, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudovanın tərtibçisi və ön sözün müəllifi olduğu kitablar Azərbaycan Respublikasının Xalq artisti (2000), şöhrət ordenli (1997), böyük bəstəkarımız Emin Sabitoğlunun musiqi yaradıcılığına həsr olunub.
“Emin Sabitoğlu. Əlvida. Səs və fortepiano üçün mahnılar” adlı ilk kitabda (Bakı, “Şərq-Qərb”, 2017, 256 s.) bəstəkarın 50 mahnısı toplanmışdır. Onların əksəriyyəti müxtəlif illərdə çap olunsa da, “Əlvida”, “Şükriyyə”, “Can, Azərbaycan”, “Gəncədən gəlirəm” və bir sıra digər mahnılar ilk dəfədir ki, musiqisevərlərin ixtiyarına verilir. Mahnıların sözləri ilə yanaşı, notları da oxucuların istifadəsinə təqdim olunur.
“Emin Sabitoğlu. Sinfoniya. Böyük sinfonik arkestr üçün partitura” adlı növbəti kitabda (Bakı, “Şərq-Qərb”, 2017, 116 s.) isə bəstəkarın Böyük sinfonik arkestr üçün yazdığı, ilk qələm təcrübələrindən biri və diplom işi olan Simfoniya musiqiçilərin istifadəsinə təqdim olunur.
© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.