Ümumi şöbənin fəaliyyəti, Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimatına”, ADMİU-nun Əsasnaməsinə, Təhsil Nazirliyinin və universitet rəhbərinin əmrlərinə uyğun olaraq qurulmuşdur.
Ümumi şöbənin əsas funksiyaları
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kargüzarlıq işlərini dəqiq və fasiləsiz təşkil etmək.
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olan sənədlərlə tanış olmaq, təsdiq üçün rəhbərliyə təqdim olunan bütün sənədlərin tərtibinin keyfiyyətini yoxlamaq.
- Dövlət hakimiyyət və idarəetmə orqanlarından, ali təhsil müəssisələrindən, ictimai təşkilatlardan, hüquqi və fiziki şəxslərdən daxil olan sənədlər Ümumi şöbədə qəbul edilir və qeydə alınır.
- Rektorun sərəncam və əmrləri Ümumi şöbə tərəfindən rəsmləşdirilir, müvafiq bölmələr üzrə göndərilir.
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyi tərəfindən imzalanmış sənədlərin möhürlənməsi.
- Sənədlərin icrasına nəzarətin olunması.
- Arxiv sənədlərinin yerləşdirilməsinə, vətəndaşların müraciətlərinə əsasən arxiv sənədləri haqqında daxil olan ərizələrə arayışların və digər sənədlərin verilməsi işlərini yerinə yetirir.
- Kargüzarlığın müntəzəm surətdə təkmilləşdirilməsi məqsədilə universitetin bütün struktur bölmələrində kargüzarlıq işinə metodiki rəhbərliyi həyata keçirir.
- Universitetin sənədlərinin məxfiliyinin qorunmasını təmin edir.
Hazırda şöbəyə
Aygül Mirzəyeva rəhbərlik edir.
Aparıcı mütəxəssis:
Həşimova Sənubər İlqar qızı
Mütəxəssis:
Həsənova Nurşən Asəf qızı
Operator:
Hüseynova Reyhan Sabir qızı
Çapar:
Əhmədova Samirə Əkrəm qızı