TƏSƏRRÜFAT ŞÖBƏSİ
ADMİU-nun İnzibati-təsərrüfat şöbəsi universitetdə maddi-texniki bazanın yaxşılaşdırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi sahəsində məqsədyönlü fəaliyyət göstərən qurumlardan biridir. Məlumdur ki, maddi-texniki bazanın müasir tələblərə cavab verməsi tədrisin ümumi tələbləri ilə, onun keyfiyyət göstəricisi ilə birbaşa əlaqədardır. İnzibati-təsərrüfat şöbəsinin əməkdaşları universitetin balansında olan binaların, avadanlıq və qurğuların daim işlək vəziyyətdə olmasına çalışırlar. ADMİU hazırda beş binada yerləşmişdir. Onlardan üçü tədris-inzibati xarakterli binalardır, biri “Səda” Tədris teatrı, digəri isə yataqxanadır.
Universitetin texniki avadanlıq təhcizatı da gündən-günə yaxşılaşır. ADMİU spesifik tədris ocağıdır, buraya tələb olunan avadanlıqlar da digər tədris müəssisələrindən fərqlənir. İnzibati-təsərrüfat şöbəsi bunu nəzərə alaraq mütəxəssislərin iştirakı ilə spesifik, yaradıcı tədris prosesinin mükəmməl səviyyədə qurulması üçün tələb olunan bütün əsas texniki vasitələrin alınmasını təmin edir.
Son illərdə tədrisin keyfiyyətinin yaxşılaşdırılması, peşəkarlığın artırılması üçün xeyli texniki vasitələr alınmışdır. Yeni kinoçəkmə avadanlığı, montaj studiyası üçün tələb olunan müasir kompüter-cihazlar, səsgücləndiricilər, işıqlandırma, akustika və ventilyasiya qurğuları quraşdırılmış, teatr dərslərinin keçilməsi üçün ixtisaslaşdırılmış tədris otaqları yaradılmışdır.