Karyera, Planlama və İnkişaf Mərkəzi 01 aprel 2016-cı ildə yaradılmışdır. Mərkəz Universitetin Tədris şöbəsinin tərkibinə daxildir.
Mərkəz universitetin tələbələrinin və məzunlarının məşğulluğunun təmin olunması, əmək bazarına uyğunlaşmalarında köməkliyin göstərilməsi, onların staj və təcrübə keçmələrinə yardımın göstərilməsi, eləcə də tələbələrə məşğulluq məsələlərinə dair məsləhətlərin verilməsi məqsədi ilə yaradılmışdır.
Mərkəzə
Səlimov Emil Oleq oğlu rəhbərlik edir.
MƏRKƏZİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
1. Tələbə və məzunların məlumat bazasının hazırlanması;
2. Dövlət və özəl müəssisə və şirkətlərin məlumat bazasının hazırlanması;
3. Məzunların aldıqları ixtisaslara uyğun işə götürülmələri barədə müəssisə və şirkətlərlə danışıqların aparılması;
4. Əmək bazarının vəziyyəti, o cümlədən vakant iş yerləri haqqında toplanan məlumatın tələbələrə çatdırılması;
5. Təcrübənin keçirilməsinə dair müəssisələrlə müqavilələrin imzalanması və tələbələrin təcrübə keçmələrinin təşkil edilməsi;
6. Dövlət və özəl sektordan dəvət olunan mütəxəssislərin iştirakı ilə müxtəlif mövzulara dair təlim kurslarının təşkil edilməsi;
7. İşəgötürənlərlə birgə seminarların, peşə təqdimatlarının, əmək yarmarkalarının və digər karyera tədbirlərinin təşkil edilməsi.