2022-ci ildə ADMİU-da aparılan struktur dəyişikliyi nəticəsində yaradılmış Tədris şöbəsinin tərkibində Tədrisin təşkili bölməsi fəaliyyətə başlamışdır. Bölmə aşağıdakı istiqamətlərdə iş aparır:
Tədris prosesinin təşkili və tətbiqi ilə bağlı müvafiq sənədlərin və materialların hazırlanması.
AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” əsasında tədris və işçi tədris planlarının tərtib olunması.
Kafedralar üzrə bütün fənn proqramlarının dövlət standartlarına uyğun tərtib olunmasına nəzarət edilməsi.
Təqdim edilmiş bölgü əsasında kafedralar tərəfindən dərs yüklərinin ştatda olan professor-müəllim heyəti arasında mövcud normativ qaydalara uyğun bölünməsinin yoxlanılması, saathesabı qaydada tədrisə cəlb olunan professor-müəllim heyətinin sənədlərinin toplanması.
Universitetə qəbul olan tələbələrin siyahıların hazırlanması, fakültələr üzrə imtahan sessiyasının nəticələri ilə bağlı imtahan vərəqələrinin və hesabatların təhvil alınması.
Dispetçer vasitəsilə dərslərin keçirilməsinə nəzarət edilməsi, məlumatların hazırlanıb Tədris işləri üzrə prorektora təqdim edilməsi, illik statistik və sessiyanın nəticələrinə dair hesabatların hazırlanıb müvafiq orqanlara göndərilməsi.
Bakalavriat səviyyəsində Dövlət Attestasiya Komissiyaları və magistratura səviyyəsində İxtisaslaşdırılmış Elmi Şuralanın namizədlərini təyin etmək məqsədilə Elm və Təhsil Naizirliyinə məktubun göndərilməsi, tədrisin təşkili ilə bağlı müxtəlif əmrlərin hazırlanması.
Tədrisin təşkili bölməsinə Lətafət Müsəllim qızı Abbasova rəhbərlik edir.