"SƏHNƏ DANIŞIĞI" KAFEDRASI
“Səhnə danışığı” kafedrası 1968-1969-cu tədris ilində yaradılıb.
“Səhnə danışığı” kafedrasının əsas məqsədi tələbələrə Azərbaycan ədəbi dilini, onun xüsusiyyətlərini, qüvvətli və təsirli səsə malik olmanın sirrlərini, ondan obraz yaradarkən doğru-düzgün istifadə etmənin yollarını öyrətməkdir.
Zaman-zaman Azərbaycan teatrının savadlı aktyorları, pedaqoji işə həvəs və meyli olan sənət xadimləri Abbas Mirzə Şərifzadə, MirseyfəddinKirmanşanlı, Kazım Ziya, İsmayıl Dağıstanlı, Müxlis Cənizadə və başqaları səhnə danışığının tədrisinə cəlb ediliblər.
Kafedranın müəllimləri müxtəlif ixtisaslar üzrə tədris olunan “Səhnə danışığı” fənninə dair metodiki göstərişlər, proqramlar hazırlayıb tərtib etmişlər. Bu işlərin görülməsində uzun illər (1989-2001) kafedranın müdiri vəzifəsini tutmuş, professional aktyorların hazırlanmasında böyük xidmətləri olmuş istedadlı pedaqoq, dosent Əzizağa Quliyevin əməyini xüsusilə qeyd etmək lazımdır.
Əzizağa Quliyevin qələmə aldığı “Diksiya və bəzi metodik göstərişlər” (1975) “Mətn üzərində iş” (1979), Mədəni-maarif fakültəsinin 1-2 kurs qiyabiçi tələbələri üçün “Səhnə danışığı” fənninə dair metodiki göstəriş”(1981), «Orfoepiyaya dair metodik göstərişlər» (1983), “Səhnə danışığı və onun tədrisi haqqında” (1989), ”K.S. Stanislavski səhnə danışığı haqqında” (1989), “Yanıltımaclarla danışıq texnikasinin təkmilləşdirilməsi” (1996), “Təmsil üzərində aparılan işin aktyor tərbiyəsində əhəmiyyəti (1998), “Səhnə danışığı” (2011) adlı dərsliyiləri və s. vəsaitlər böyük elmi əhəmiyyətə malikdir.
Səhnə danışığını aktyor sənətindən ayrı təsəvvür etməyən Əzizağa Quliyev gərgin zəhmət və yaradıcılıq axtarışları nəticəsində QriqoriKristinin “Stanislavski məktəbi əsasında aktyor tərbiyəsi” (1979) və Boris Zaxava “Aktyor və rejissor sənəti sənəti” (1984 Nəsir Sadıqzadə ilə birlikdə) adlı fundamental dərslikləri dilimizə tərcümə etmişdir. Bundan başqa Əzizağa müəllimin jurnal və məcmuələrdə çap etdirdiyi bir sıra dəyərli məqalələri də vardır. Azərbaycan teatr təhsilində ilk dəfə olaraq yazılan “Səhnə danışığı” dərsliyinin müəllifidir.
Hazırda kafedra müdiri dosent
Kəmalə Mehdiyevadır.
2015-ci ildən kafedra “Teatr sənəti” fakültəsi nəzdində fəaliyyət göstərir.