ADMİU-da muzey 1999-cu ildə yaradılmışdır. Burada, “Rəssamlıq” fakültəsinin müəllim və tələbələrinin yaradıcılıq işləri nümayiş olunur. Muzeydə 160-dan çox rəngkarlıq, heykəltəraşlıq, qrafika və dekorativ-tətbiqi sənət əsərləri sərgilənir. Tanınmış rəssamlardan Əməkdar incəsənət xadimi professor Arif Əzizin, Xalq rəssamlarından Oqtay Şıxəliyevin, Yusif Hüseynovun, Fikrət Həşimovun, Adil Hüseynovun, Rafiq Mehdiyevin sənət əsərləri muzeyin ən maraqlı eksponatlarındandır. Muzeydə dekorativ-tətbiqi sənət əsərlərindən zərgərlik, xalça, qobelen və geyim nümunələri də nümayiş olunur.