Əsədov Nizami Şakir oğlu 1983-cü il iyun ayının 7-də Salyan rayonu Çuxanlı kəndində anadan olub. 2000-ci ildə Çuxanlı kənd Z.Həmidov adına orta məktəbi bitirib və həmin ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi “Turizm və sosial-mədəni servis xidməti” ixtisasına daxil olub və 2006-cı ildə həmin ixtisasın magistratura pilləsini bitirib. 2012-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun dissertantıdır.
2008-2015-ci illərdə Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində metodist, tyutor və dekan müavini vəzifələrində, 2008-ci ildən isə Bakı Slavyan Universitetinin “Beynəlxalq münasibətlər və ölkəşünaslıq” kafedrasında müəllim, baş müəllim kimi çalışır.
2015-ci il aprel ayının 28-dən ADMİU-nun Tədris şöbəsinin müdiridir.