Sevda Namaz qızı Teymurova 1952-ci ildə Bakı şəhərində anadan olub. 1959-69-cı illər arasında Bakı şəhəri 190 nömrəli məktəbdə orta təhsil alıb, həmin məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1970-1975-ci illərdə M.A.Əliyev adına İncəsənət İnstitutunun Rejissorluq fakültəsində Xalq artisti, professor Rza Təhmasibin kursunu yüksək qiymətlərlə bitirmişdir.
1975-ci il noyabr ayından pedaqoji fəaliyyətə assistent kimi başlayaraq müəllim, baş müəllim və dosent vəzifəsinə qədər yüksəlmişdir. Bu illər ərzində 15-ə qədər metodiki vəsaitin, 3 proqramın müəllifidir. Universitetin “Səda Tədris Teatrı”ndan və şəhərimizin mədəniyyət evlərində 30-a yaxın tamaşa hazırlamışdır.
2000-2005-ci illər ərzində fakültə şurasının katibi vəzifəsində işləmişdir.
2006-cı ildən Teatr Xadimləri İttifaqının və 2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti üzrə Yeni Azərbaycan Partiyasının qadınlar şurasının sədridir. 2010-2014-cü illər arasında rəhbərlik etmişdir. Universitet üzrə Bədii İfa Yaradıcılıq İşləri üzrə komissiyanın üzvüdür.
2017-ci ildən yenidən Dram rejissoru kafedrasına müdir təyin olunub.