"MUSİQİLİ TEATR VƏ KÜTLƏVİ TƏDBİRLƏR REJİSSORU" KAFEDRASININ MÜDİRİ
Əhmədov İlham Namiq Kamal 9 yanvar 1949-cu ildə Bakıda anadan olub.
1966-cı ildə bitirərək Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.
SSRİ xalq artisiti Adil İsgəndərovun və Azərbaycan xalq artisti Rza Təhmasibin kursunda təhsil alıb.
1989-1993-cü illərdə gənc rejissor Hüseynağa Atakişiyevin təşkil etdiyi Gənclər Teatrında çalışıb (Azərbaycan Dövlət gənclər Teatrı).
Dövlət Gənclər Teatrında işləməklə yanaşı, eyni zamanda 1989-1991-ci illərdə paralel olaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyorluq edib.
Respublikanın Xalq artisti İlham Namiq Kamal oğlu Əhmədov 2005-ci ildən etibarən Azərbaycan Dövlət Musiqili Komediya teatrında aktyor-rejissor vəzifəsində işləyir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində "Estrada və musiqili teatr aktyoru" kafedrasının müdiri, professordur.
Hazırda həm Akademik Milli Dram Teatrının yüksək dərəcəli aktyoru, həm də “İlham” Miniatür Teatrının rəhbəridir.
Aktyor "Azərbaycanfilm"-in istehsal etdiyi ekran əsərlərinə də çəkilmişdir. Onun "Qaynana" (İlqar), iki seriyalı "Qəribə adam" (Əbdürrəhman), "Arvadım mənim, uşaqlarım mənim" (MİS müdiri), "Uzun ömrün akkordları" (Curnalist), "Qızıl qaz" (Əli), "Bəyin oğurlanması" (Anar) filmlərindəki rolları daha sanballı və koloritlidir. O, onlarca televiziya verilişində satirik obrazlarda, Mozalan satirik kino jurnalında yüzə yaxın bədii süjetdə çəkildiyi surətlərdə böyük yaradıcılıq səyi ilə çıxış edib.
Teatr və kino aktyoru kimi məşhur olan İlham Namiq Kamal Azərbaycan Dövlət Televiziyasının müxtəlif əyləncəli, musiqili proqramlarının əsas aparıcılarından olub.
İlham Namiq Kamal oğlu Əhmədov 1 dekabr 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2000-ci ildə “Qızıl Dərviş” makafatına layiq görülüb. 24 dekabr 2002-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. 2009-ci ildə Prezident Aparatı yanında Ali Atestasiya Komitəsi tərəfindən professor elmi adına layiq görülüb. 2004-cü ildən 2012-ci ilə qədər Prezident mükafatçısı, 2012-ci ildən isə Prezidentin fərdi təqaüdünə layiq görülüb.