Yeganə Əliyeva,
kulturologiya üzrə fəlsəfə doktoru, dosent
Yeganə Akif qızı Əliyeva 1978-ci ildə anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavr təhsil pilləsini «Muzeyşünaslıq», 2001-ci ildə magistratura təhsil pilləsini «Mədəniyyətşünaslıq» ixtisası üzrə fərqlənmə ilə bitirib.
2007-ci ildə «Azərbaycanda kulturoloji fikrin tarixi inkişaf mərhələləri» dissertasiyasını müdafiə edərək kulturologiya üzrə fəlsəfə doktoru elmi dərəcəyə layiq görülüb. Hazırda «Şərq kulturoloji fikri qlobal ideyalar dialoqunda» adlı elmlər doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya üzərində çalışır.
Pedaqoji fəaliyyətə 2007-ci ildən ADMİU-nun «Kulturologiya» kafedrasında müəllim kimi başlayıb, 2011-ci ildən həmin kafedrada baş müəllim, 2012-ci ildən dosent, eyni zamanda 2009-cu ildən Universitetin Elmi Katibi kimi fəaliyyət göstərib. 2012-2015-ci illərdə Magistratura Şöbəsinin müdiri, 2015-ci ildən Magistratura və doktorantura şöbəsinin müdiri vəzifəsində çalışır. 2007-2014-cü illərdə Universitetin Tələbə Elmi Cəmiyyətinin sədri kimi fəaliyyət göstərib.
40-dan çox elmi məqalə və 1 dərs vəsaitinin müəllifi, 5 fənn proqramının, 3 dərsliyin, 1 dərs vəsaitinin, 14 metodik vəsaitin həmmüəllifidir. Universitetdə dərc olunan «Mədəniyyət dünyası» elmi-nəzəri məcmuənin və ADMİU-nun Elmi Əsərlərinin məsul katibidir.
Universitetdə 2006-cı ildən təşkil olunan «Mədəniyyət: Problemlər və perspektivlər» adlı Doktorant və gənc tədqiqatçıların Respublika Elmi Konfransının məsul katibi və konfrans materiallarının tərtibatçısıdır.
2013-cü ildə Təhsil Nazirliyi tərəfindən Qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif olunub.
admiudokt2015@mail.ru
Operator:
Əliyeva Gülarə Xanmirzə qızı.