ADMİU-da 2000-ci ildə Kinoşünaslıq, 2005-ci ildə Ədəbi yaradıcılıq və ekran dramaturgiyası kafedraları fəaliyyətə başlayıb. 2015-ci ildə bu iki kafedra Kinoşünaslıq adı altında birləşib. 2017-ci ildə isə universitetin Elmi Şurasının qərarı ilə buraxılış ixtisasları nəzərə alınaraq, kafedra Kinoşünaslıq və ekran dramaturgiyası adlandırılıb. Kafedraya Əməkdar incəsənət xadimi, professor Əli Əmirli rəhbərlik edir.