“Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” kafedrası 2005-ci ildə yaradılmışdır. Kafedranın ilk müdiri filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə olmuşdur. 2006-2020-ci illər kafedraya filologiya elmləri doktoru, professor Aqşin Babayev rəhbərlik edir.
Kafedra xətti ilə “Ədəbi iş”, “Kitabşünaslıq”, “Kitabxanaçılıq və informasiya” ixtisasları üzrə kadrlar hazırlanır. “Ədəbi iş” ixtisası üzrə “Kinodramaturgiya nəzəriyyəsi”, “Ekran dramaturgiyası”, “Ədəbi redaktənin əsasları”, “Ssenari yaradıcılığı”, “Bədii yaradıcılığın müasir problemləri”, “Ssenarinin struktur problemləri”, “Kitabşünaslıq”, “Kitabxanaçılıq və informasiya” ixtisasları üzrə “Nəşriyyat işinin əsasları”, “Redaksiya-nəşriyyat işinin texnologiyası”, “Kitabçılıq işində kompüter texnologiyası”, “Müəllif hüququ”, “Redaktənin nəzəriyyəsi və təcrübəsi”, “Azərbaycanda nəşriyyat işinin tarixi” və s. fənnlər tədris edilir.
Kafedrada 16 müəlllim və 1 laborant fəaliyyət göstərir:
Aqşin Babayev - Filologiya elmləri doktoru, professor, kafedra müdiri (Ştat)
Əli Əmirli - Əməkdar incəsənət xadimi, dosent
Gülşən Qafarova - Filologiya üzrə fəlsəfə doktoru, dosent
Oqtay Həmidov - Filologiya üzrə fəlsəfə doktoru, dosent
Könül Yusifova - Müəllim
Zakir Abbas - Əməkdar jurnalist, müəllim
Hüseyn Cavadzadə - Müəllim
Adil Abdullayev - Əməkdar mədəniyyət işçisi, Baş müəllim
Ellada Umudlu - Müəllim
Asif Rüstəmli - Filologiya elmləri doktoru, professor
Əli Əliyev - Filologiya üzrə fəlsəfə doktoru, dosent
Töhfə Əzimova - Müəllim
Eldəniz Məmmədov - Müəllim
Bəxtiyar İsmayılov - Müəllim
İsmayıl Ələkbərov - müəllim
Nərminə Abdullayeva - müəllim
Aysel Rüstəmova - Laborant, magistr