Şöbə müdiri:
Qafarova Gülşən Əliəkbər qızı
Böyük mütəxəssis:
Məmmədova Natəvan Vaqif qızı
Nütəxəssis:
Abbasova Akifə Akif qızı
Şöbə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum normalar haqqında” 04 aprel 1997-ci il tarixli 198 saylı əmrinə əsaslanaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rektorunun 30 dekabr 2014-cü il tarixli 115 saylı əmrinə əsasən fəaliyyət göstərir.
ŞÖBƏNİN ƏSAS VƏZİFƏLƏRİ VƏ FUNKSİYALARI
Elmi-tədqiqat işləri üzrə:
- Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elmi-tədqiqatla bağlı əmr, sərəncam, göstərişlərin həyata keçirilməsində cavabdehlik;
- tədris ilinin əvvəlində şöbə tərəfindən kafedralara elmi-tədqiqat işləri ilə bağlı müvafiq göstərişlərin verilməsi;
- təqvim ilinə müvafiq olaraq elmi-tədqiqat işlərinin annotasiyalarının yazılması və təqdim olunmasına nəzarət;
- təqdim olunan elmi-tədqiqat işlərinin qəbulu və Tədris-metodiki komissiya tərəfindən müzakirə və protokollaşmanın təşkili;
- elmi-tədqiqat işlərinin mövzularının təsdiq edilməsi üçün Elmi Şuraya təqdim etmək;
- Elmi İnnovasiyalar Mərkəzinə alınan nəticələrin hesabatının hazırlanıb, təqdim edilməsi;
- professor-müəllim heyəti tərəfindən tərtib olunan monoqrafiya, dərslik, dərs vəsaiti, proqram və metodik vəsaitlərin hazırlanmasına, keyfiyətinin yoxlanılmasına, qriflə təmin olunmasına nəzarət;
- AMEA İctimai Elmlər Bölməsinin hesabat iclaslarında iştirakı təmin etmək;
- AMEA Humanitar Elmlər Bölməsinin hesabat iclaslarında iştirakı təmin etmək;
- elm-tədqiqat işləri üzrə illik hesabat hazırlamaq;
- şöbədə saxlanma müddəti bitmiş sənədlərin arxivə təhvil verilməsini təmin etmək.
Yaradıcılıq-ifa işləri üzrə:
- tədris ilinin əvvəlində şöbə tərəfindən kafedralara yaradıcılıq-ifa işləri ilə bağlı müvafiq göstərişlərin verilməsi;
- il ərzində professor-müəllim heyəti tərəfindən hazırlanacaq yaradıcılıq-ifa işlərinin mövzularının planının tərtibinə nəzarət;
- il ərzində təqdim olunan yaradıcılıq-ifa işlərinin proqram, afişa, dəvətnamələrin hazırlanmasına nəzarət;
- yaradıcılıq-ifa işlərinin mövzularının təsdiq üçün Elmi Şuraya hazırlanması;
- seçilən mövzuların təkrar olunmamasına nəzarət;
- seçilən mövzuların müasirlik və tarixilik baxımından aktuallığına nəzarət etmək;
- təqdim olunan yaradıcılıq-ifa işlərinin qəbulu və Bədii Şura tərəfindən müzakirə və protokollaşdırılmanın təşkilini təmin etmək.
Universitetin elmi fəaliyyətinin inkişaf etdirilməsi, fundamental elmin inteqrasiyası, intellektual mühitin möhkəmləndirilməsi məqsədilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən “Elmi- tədqiqat və yaradıcılıq-ifa işləri” şöbəsinin xüsusi meyarları var. Universitetin elmi fəaliyyəti aşağıdakı elmi-nəzəri istiqamətlər üzrə həyata keçirilir:
6203.01 İncəsənətin nəzəriyyəsi, təhlili və tənqidi
6212.01 Teatr sənəti
6213.01 Musiqi sənəti
6214.01 Kino, tele və digər ekran sənətləri
6215.01 Təsviri sənət
6219.01 Kulturologiya və onun ümumi məsələləri
6220.01 Muzeyşünaslıq
Mütəxəssis:
Abbasova Akifə Akif qızı