“BAKI JAZZ FESTİVALI 2016” GƏNC İŞTİRAKÇILARIN MÜSABİQƏSİNİN QALİBİ ADMİU-NUN TƏLƏBƏSİ OLDU
“BAKI JAZZ FESTİVALI 2016” GƏNC İŞTİRAKÇILARIN MÜSABİQƏSİNİN QALİBİ ADMİU-NUN TƏLƏBƏSİ OLDU
26.10.2016
Məlik Məmmədov oktyabr ayında baş tutan “Bakı Jazz Festivalı 2016” adlı gənc iştirakçıların (18-30 yaş) müsabiqəsində birinci yerə layiq görülüb. Qalib, ADMİU-nun “Musiqi sənəti” fakültəsinin “Estrada sənəti” ixtisasının II kurs tələbəsi Tələbə Estrada Simfonik orkestrın fəal üzvü və solistidir. Bugünə qədər çoxsaylı konsertlərdə ADMİU-nu uğurla təmsil edən Məlik həm də Fransız liseyində (liseyin tələbələri ilə müştərək keçirilmiş konsertlərdə) ADMİU-nun Səda tədris teatrında, Muğam Mərkəzində, Hərbi hissələrdə keçirilən konsertlərdə solist kimi çıxış edib.
Müsabiqədə Məlik Məmmədovu müşaiyət edən tələbələr də - Murtuzayev Polad (zərb alətləri), Məmmədli Məhəmmdə (akkardion), Yusubov Natiq (fortepiano) ADMİU-da təhsil alır.