ADMİU-NUN REKTORU, PROFESSOR FƏRƏH ƏLİYEVA UNİVERSİTETƏ YÜKSƏK BALLA QƏBUL OLMUŞ TƏLƏBƏLƏRƏ TƏLƏBƏ BİLETİ TƏQDİM EDİB
ADMİU-NUN REKTORU, PROFESSOR FƏRƏH ƏLİYEVA UNİVERSİTETƏ YÜKSƏK BALLA QƏBUL OLMUŞ TƏLƏBƏLƏRƏ TƏLƏBƏ BİLETİ TƏQDİM EDİB
05.10.2016
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva 2016-2017-ci tədris ilində Universitetə qabiliyyət və test imtahanlarından yüksək bal toplayan tələbələrlə görüşüb. Rektor əvvəlcə tələbə adını qazanmış gəncləri təbrik edib, onlarla yaxından tanış olub. Gəncləri təhsil aldıqları müddətdə fəal olmağa, Tələbə Gənclər Təşkilatının işində, universitetin qəzet və jurnalında, dərnəklərdə, konsert və konfranslarda iştirak etməyə, öz kreativ idealarını irəli sürməyə çağırıb. Daha sonra rektor test və qabiliyyət imtahanlarından yüksək bal toplayan tələbələrə tələbə bileti və simvolik olaraq hədiyyə təqdim edib. Görüşdə Universitetin prorektorları, professorlar Məryam Əlizadə və Gülşən Əliyeva, professor Aqşin Babayev, dekanlar Ellada Hüseynova, Vasif Adilov da çıxış edərək, tələbələri təbrik ediblər.