AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİNİN 2016-2017 TƏDRİS İLİ
AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİNİN 2016-2017 TƏDRİS İLİ
29.09.2016
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 2016-2017 tədris ili sentyabr ayının 15-dən öz işinə başlayıb. Bu il Universitetə 5 fakültə üzrə 242 nəfəri test, 279 nəfəri isə qabiliyyət imtahanı ilə, ümumilikdə 521 nəfər tələbə qəbul olub. Onlardan 11 tələbə dövlət sifarişi, 409 nəfəri isə ödənişli təhsil alacaq. Ödənişli tələbələrdən 10-u imtiyazlı, 70 nəfəri isə məcburi köçkündür. “Kulturologiya” fakültəsinin 5 ixtisası üzrə azərbaycan və rus bölmələrinə ümumilikdə 152 nəfər, “Musiqi sənəti” fakültəsinin 6 ixtisası üzrə ümumilikdə 108, “Teatr” fakültəsinin 2 ixtisas üzrə 73, “ Kino və televiziya” fakültəsi 5 ixtisas üzrə 80, “Rəssamlıq” fakültəsi 5 ixtisas üzrə 108 nəfər tələbə qəbul olub. Qeyd edək ki, bu il “Musiqi sənəti” və “Rəssamlıq” fakültəsində musiqi müəllimliyi və təsviri incəsənət müəllimliyi yeni ixtisasları açılıb.