ADMİU-NUN TƏLƏBƏLƏRİ BARİS ŞUKİN ADINA TEATR İNSTİTUTUNA DAXİL OLUBLAR
ADMİU-NUN TƏLƏBƏLƏRİ BARİS ŞUKİN ADINA TEATR İNSTİTUTUNA DAXİL OLUBLAR
06.09.2016
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3 tələbəsi – İsmayılov Abdulla, Şıxkərimov Nail və Kərimova Fidan 18 iyul 2016-cı il tarixində keçirilən imtahanda Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Baris Şukin adına Teatr İnstitutuna daxil olublar.
İsmayılov Abdulla 1994-cü ildə Gürcüstanın Marnauli rayonunun İmircala kəndində anadan olub. 2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr rejissoru ixtisasına qebul olub (kurs rəhbəri - əməkdar müəllim Fikrət Sultanov). Məktəb vaxtlarında Hacı Ağa Abbasov adına Məştağa mədəniyyət evinin dram dərnəyində aktyor kimi çalışıb. Elə orada ilk tamaşasını qurub (Fonfizin - “Nadan övlad” komediyasının əsasında “Yoxuşdan enişə” tamaşa-fars). Universitetdə aktyor kimi oynadığı tamaşalar: C.Cabbarlı “Aydın” da Aydın, A,P.Çexov “Qağayı” da Treplovu, C.Məmmədquluzadənin “Ölülər”ində Mirbağır ağanı, U.Şekspirin “Maqbetində” Maqbeti, M.F.Axundzadənin “Dərviş Məstəli Şah”da Hatəmxan ağa və s. 2014-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının səhnəsində H.Cavidin “İblis” faciəsinin motivləri əsasında “Məhşər-məhşər oyunu” tamaşasını qoyub. 2016-cı ildə Universitetinin fəal aktyorları ilə birlikdə “Absurdlandiya” adlı Absurd teatr studiyasını yaradıb. Studiyanın Ejen İoneskonun “Daz müğənni” antipyesinin motivləri əsasında hazırlanmış “Yaşıl apokalipsis” ilk tamaşasının premyerası Azərbaycan Teatr Xadimləri İttifaqının səhnəsində olub. Nadir rast gəlinən pararelizm janrında pyeslər yazır. 2016-cı ildə Universitetdə keçirilən ilin ən istedadlı tələbəsi layihəsində “Vaxtdır” pyesi II yerə layiq görülüb. İsmayılov Abdulla baris Şukin adına Teatr İnstitutuna rejissorluq ixtisasına qəbul olub.
Şıxkərimov Nail 1997-ci ildə Bakıda anadan olub. 2014-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti fakültəsi (əməkdar artist Sona Mikayılovanın kursu). Tələbəlik illərində A.P. Çexovun “Təklif” pyesində Lomovu, E.Şvarsın “Adı möcüzə” əsərində ayını, M. Bulqakovun “Master və Marqarita” əsərində Masteri və b. obrazları canlandırıb. Şıxkərimov Nail Şukin adına Teatr İnstitutuna Mixail Borisovun “Dram teatr və kino” kursuna qəbul olub.