Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarının ilk qastrol səfəri Mingəçevir şəhərinə olub. SABAH qrupu Aktyor sənəti II kurs tələbələri əməkdar artist Nofəl Vəliyevin rəhbərliyi ilə Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” pyesi əsasında bir hissəli kurs tamaşasını Mingəçevir Dövlət Dram Teatrında nümayiş etdirib. Tamaşa şəhər sakinlərinin böyük marağına səbəb olaraq, uğurla başa çatıb.