H.Əliyev İrsini Araşdırma Mərkəzi “1905.az” diskussiya klubunda “Şəhidlər ölməz. Vətən bölünməz” adlı ikinci söhbət keçirilmişdir. Mərkəzin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev qonaqları salamlayaraq, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü ugrunda canlarından keçmiş şəhidlərimiz haqqında söhbətə başlamışdır. Diskussiyada tanınmış publisist Rafiq Səməndər, telejurnalist Aida Eyvazlı, Qarabağ qazisi Rey Kərimoğlu, jurnalist Gündüz Nəsibov və ADMİU-nun Kitabxana İnformasiya Mərkəzinin müdiri Tamilla Əsgərova da çıxış etmişlər. Keçirilən görüşdə Şəhidlərimizin keçdiyi döyüş yolu, onların ailələrinə dövlət qaygısının və problemlərinin yerlərdə icrası müzakirə olunmuşdur. Diskussiyada ADMİU-nun şəhid olmuş məzunları: Azər Ələkbərov, Milli qəhrəman Təbriz Xəlil Rza oğlu, Vaqif Əhmədov və Dəryanur Salayev haqqında danışılmışdır.