ADMİU-NUN TƏLƏBƏLƏRİ “İNCƏSƏNƏT TARİXİ” MÖVZUSUNDA VİKTORİNADA QALİB GƏLİB
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının II kurs sənətşünas tələbələri arasında hər iki kursun müəllimi Aslan Xəlilovun rəhbərliyi ilə Azərbaycan inciləri layihəsi çərçivəsində “İncəsənət tarixi” mövzusunda viktorina keçirilib. Üç mərhələdən ibarət olan viktorinada ADMİU-nun komandası qalib gəlib. Sonda Universitetin rektoru professor Fərəh Əliyeva qalibləri təbrik edib, viktorina iştirakçıları diplom-sertifikat və hədiyyələrlə təltif olunublar.