Aprel ayının 6-sı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və televiziya” fakültəsinin tələbələrinin İctimai Televiziya və Radio yayımları şirkətinin tanınmış teleaparıcısı Saleh Bağırovla görüşü keçirilib.
Görüşü giriş sözü ilə fakültə dekanı dosent Mübariz Məmmədli açaraq qonağı salamlayıb. Tələbələrin istək və arzularını nəzərə alıb dəvəti qəbul etdiyinə görə ona təşəkkürünü bildirib və qonaqla tələbələri təkbətək buraxıb.
Saleh Bağırov tələbələrlə görüşü müasir televiziya məkanınında gənclərin maraqlarına həsr edib. O, məzunu olduğu universitetdə tələbələrlə görüşdən məmnun olduğunu bildirərək, onları bu istiqamətdə maraqlandıran sualları peşəkarcasına cavablandırıb.  
Görüş iki saata yaxın davam edib. Sonda tələbələrlə xatirə şəkli çəkdirilib.