ADMİU TƏLƏBƏLƏRİNİN PAYIZ SEMESTRİ ÜZRƏ BAXIŞ İMTAHANLARI DAVAM EDİR
ADMİU TƏLƏBƏLƏRİNİN PAYIZ SEMESTRİ ÜZRƏ BAXIŞ İMTAHANLARI DAVAM EDİR
29.12.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Teatr sənəti fakültəsinin payız semestri üzrə baxış imtahanları davam edir. Silsilə şəkildə keçirilən imtahanlarda tələbələr müxtəlif mövzularda tamaşalar ilə çıxış edəcəklər.
28 dekabr tarixində Universitetin professor-müəllim, tələbə heyəti və valideynlərin iştirak etdiyi baxış imtahanında Dram teatrı və kino aktyoru kafedrasının baş müəllimi, Əməkdar artist Yaqut Paşayevanın rəhbərliyi ilə II kurs Teatr və kino aktyorluğu ixtisasının tələbələrinin ifasında Ə.Haqverdiyevin “Kimdir müqəssir”, A.P.Çexovun “Ayı”, J.B.Molyerin “Skapenin kələkləri”, J.İsmayılın “Oxşar” və S.Sreykin “Yad qadın” tamaşalarından qısa parçalar nümayiş olunub.