ADMİU TƏLƏBƏSİNİN “ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ” ADLI LAYİHƏSI BAS TUTUB
ADMİU TƏLƏBƏSİNİN “ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ” ADLI LAYİHƏSI BAS TUTUB
27.12.2017
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən elan edilmiş X qrant müsabiqəsində yer alan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi İsmayıl Cəmillinin “Şəhidlər Ölməz Vətən Bölünməz” adlı layihəsi baş tutub. Layihə Beyləqan rayonunda Xaliq Məmmədov adına orta məktəbdə və Bakı şəhər Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli orta məktəbdə keçirilib.
Hər iki məktəb şəhid adını daşıdığı üçün layihəyə xüsusilə seçilib. Təlimdə iştirak edən şəhid ailələrindən olan müəllimlərə, məktəbin şagirdlərinə Azərbaycanın ərazi bütövlüyü, tarixi, milli qəhrəmanları və məktəbin məzun şəhidləri haqqında ətraflı məlumat verilib, layihə təlim formatında davam edib. Sonda iştirakçılara serftikat təqdim olunb.
Layihənin əsas məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyünün toxunulmaz olduğunu, işğal altında olan torpaqlarımızın, Vətən uğrunda şəhid olmuş oğul və qızlarımız, eyni zamanda milli qəhrəmanlarımız haqqında məlumatların yaddaşlardan silinməməsi və gələcək nəsillərə ötürülməsidir.