Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Rəssamlıq fakültəsinin tələbələrinin əsərlərindən ibarət payız semestri üzrə yekun sərgi keçirilib. Universitetin “Vernisaj” salonunda baş tutan sərgidə tələbələrin 50-ə yaxın qrafika, yağlı boya, akvarel, bədii tekstil texnikasında işlənmiş əsəri nümayiş edilib. Müxtəlif ixtisas və kursslarda təhsil alan tələbələrin formalaşmasında mühüm rolu olan ustad müəllimlər tərəfindən seçilən əsərlərdə onların akademik bilik və vərdişləri ilə yanaşı, fərdi xüsüssiyyətləri, bədii nailiyyətləri haqqında ətraflı məlumat verir. Sərginin təşkilinə, bədii tərtibatında Təsviri sənətin tarixi və nəzəriyyəsi kafedrasının dosenti Afət Aslanova rəhbərlik edib. Mövzu baxımından mənzərə və natürmortlara üstünlük verərək Bakı, İçərişəhər, Alov Qüllələri, Qız Qalası kompozisiyaları, dağ və dəniz mənzərələri, ənənəvi meyvə və xüsüsilə nar ilə natürmortlar orijinal və stilizə əsərlərlə yanaşı, sərgidə akademik sürətçıxartma nümunələri də diqqəti cəlb edib. Ənənəvi bədii formalara innovativ yanaşma Dekorativ sənət və Dizayn ixtisası üzrə təhsil alan tələbələrin əsərlərində qeyd olunub. Kolorit ilə manipulyasiya, 3D toxuculuq nümunələri sərgini zənginləşdirən amillərdən olub.