Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi, "BİR" tələbə-könüllülərinin təşəbbüsü ilə hər zaman fərqli yanaşması ilə televiziya məkanında seçilən pozitiv tele-aparıcı Hüsniyə Məhərrəmovanın tələbələr ilə görüşü keçirilib.
Tədbirdə Universitetin rektoru professor Fərəh Əliyeva qonağı salamlayaraq, onun televiziyaya gəldiyi ilk günləri xatırladıb, bu günə qədər maneələr və çətinliklərə baxmayaraq əzmkarlıq ilə nail olduğu uğurlarını tələbələrə nümunə göstərib.
Görüşdə Hüsniyə Məhərrəmova tələbələrə orta məktəb və ADMİU-da təhsil aldığı illərindən, yaradıcılığının, həyatının digər mərhələlərindən danışıb və “uğura gedən yol” ilə bağlı düşüncələrini bölüşüb. Səmimi keçən görüşdə tələbələr tərəfindən hazırlanan video çarxlar nümayiş olunub, onları maraqlandıran suallara cavab verilib, müzakirələr aparılıb. Sonda xatirə şəkli çəkilib.