Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakültəsinin baş müəllimi, Rəssamlar İttifaqının üzvü Fəxrəddin Qəhrəmanlının Azərbaycan Rəssamlar İttifaqında “Bahar” adlı fərdi yaradıcılıq sərgisi keçirilmişdir. Sərgidə yağlı boya və sulu boya ilə işlənmiş 60-a qədər müxtəlif mövzularda əsərlər təqdim olunmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Fərəh Əliyeva, Universitetin müəllim və tələbə heyəti, Rəssamlar İttifaqının üzvləri, gənc rəssamlar, sənətsevərlərin iştirak etdiyi sərginin açılışında Rəssamlar İttifaqının katibi, Xalq rəssamı professor Ağaəli İbrahimvov, heykəltəraş, Xalq rəssamı Xanlar Əhmədov, Əməkdar incəsənət xadimi, professor Arif Əziz, Rəssamlar İttifaqının məsul katibi Rafiq Kərimov və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Rafiq Sadıqov çıxış etmişdilər. Fəxrəddin Qəhrəmanlının müəllifi olduğu əsərlər sərgidə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.