ADMİU-DA “ÜMİD” QISAMETRAJLI TƏLƏBƏ FİLMİ NÜMAYİŞ OLUNUB
ADMİU-DA “ÜMİD” QISAMETRAJLI TƏLƏBƏ FİLMİ NÜMAYİŞ OLUNUB
11.12.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə ötən il baş vermiş qəzada itgin düşən neftçilərə həsr olunmuş “Ümid” qısametrajlı filmi nümayiş olunub. Filmin ssenari və ideya müəllifi Universitetinin Kino və televiziya fakültəsinin II kurs tələbəsi Hökümə Sadıq qızına məxsusdur.
Tədbirdə professor-müəllim və tələbə heyəti tərəfindən öncə itgin düşən neftçilərin əziz xatirəsi anılıb. Daha sonra Universitetin Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, professor Gülşən Əliyeva, Kino-televiziya sənətləri kafedrasının dosenti Fikrət Məlikov filmin aktual mövzuda olmasını qeyd edərək, tələbənin ilk ekran işinə müsbət rəy verib, gələcək fəaliyyətində uğurlar arzulayıblar.