ADMİU “DƏDƏ QORQUD RUHU QARABAĞDA YAŞAYIR” ADI ALTINDA ELMİ TURDA
13-14 may 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbyacan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı Slavyan Universiteti, Bərdə, Ağcabədi, Beyləqan rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə "Dədə Qorqud ruhu Qarabağda yaşayır" adı altında elmi turda Azərbaycan Dövlət Mədənyyət və İncəsənət Univrsitetinin "Kulturologiya" fakültəsinin "Muzeyşünaslıq" kafedrası müəllimi, kulturologiya üzrə fəlsəfə doktoru Kazımzadə Elnurə və "Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması" ixtisasının III kurs tələbələri Məmmədov Orxan və Orucov Ayxan iştirak ediblər.
Tur iştirakçıları əvvəlcə Bərdə şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyublar. Sonra Heydər Əliyev Mərkəzində “Bərdə Kitabi-Dədə Qorqud”da və Qafqaz Albaniyasının tarixində” mövzusunda “dəyirmi masa” da iştirak ediblər.
Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullanın moderatorluğu ilə keçirilən tədbirdə tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev, tarix elmləri doktoru Qasım Hacıyev, filologiya elmləri üzrə fəlsəfə doktoru Ləman Süleymanova və başqaları çıxış edərək, Bərdənin qədim tarixindən, günümüzədək gəlib çatan abidələrdən, arxeoloji tədqiqatlardan, Qarabağ folklorundan çıxışlar dinlənilib.
Sonra tur iştirakçıları Bərdə türbəsi, İmamzadə kompleksi, tarix-diyarşünaslıq muzeyi, Heydər Əliyev Park bulvarı və şəhərin görməli yerləri ilə tanış olublar.
Elmi turun iştirakçıları aprelin 2-5-də Ermənistan silahlı qüvvələrinə qarşı döyüşlərdə şəhid olmuş iki bərdəli gəncin – Azərbaycan ordusunun baş leytenantı Həsənov Ziya Niyazi oğlunun və çavuş Musayev Səbuhi Rəfail oğlunun ailə üzvləri ilə görüşüb, ölkə alimlərinin, ziyalı və tələbə gənclərin böyük hörmət və ehtiramını bildiriblər.
“Dədə Qorqud ruhu Qarabağda yaşayır” adlı elmi turun iştirakçıları daha sonra Ağcabədi rayonunda olublar. Tur iştirakçıları Ağcabədi şəhərinin mərkəzi meydanında Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarət etdikdən sonra rayon icra hakimiyyətində görüş keçirilib.
Heydər Əliyev Mərkəzinə gələn tur iştirakçıları Ulu Öndərə aid eksponatlarla, həmçinin Mərkəzdə fəaliyyət göstərən “Maraqlar üzrə əl işləri”, “Tikiş”, “Toxuculuq”, “Rəssamlıq” və “Xalçaçılıq” dərnəkləri, dərnək üzvlərinin hazırladığı əl işlərindən ibarət sərgi, həmçinin “Ən gözəl gül” adlı sərgi ilə tanış olublar.
Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” və 25 dildə nəşr olunmuş “Kitabi-Dədə Qorqud”. Basat Təpəgözü öldürdüyü boyu bəyan edər” kitablarının təqdimatı keçirilib.