ADMİU TƏLƏBƏSİNİN İLK QISAMETRAJLI FİLMİ NİZAMİ KİNO MƏRKƏZİNDƏ NÜMAYİŞ OLUNUB
ADMİU TƏLƏBƏSİNİN İLK QISAMETRAJLI FİLMİ NİZAMİ KİNO MƏRKƏZİNDƏ NÜMAYİŞ OLUNUB
01.12.2017
Nizami Kino Mərkəzində ötən il baş vermiş qəzada itgin düşən neftçilərə həsr olunmuş “Ümid” qısametrajlı filmi nümayiş olunub. Filmin ssenari və ideya müəllifi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya fakültəsinin II kurs tələbəsi Hökümə Sadıq qızına məxsusdur.
Universitetin professor-müəllim və tələbə heyətinin, eləcə də tanınmış simaların iştirak etdiyi tədbirdə həmçinin qəza zamanı itgin düşmüş neftçilərin ailələri də iştirak edib. Qeyd edək ki, “Ümid” filmi bu haqda çəkilmiş ilk qısametrajlı filmdir.