ADMİU-DA "ROMANTİZM: TARİXİ VƏ ƏHƏMİYYƏTİ" MÖVZUSUNDA ELMİ-PRAKTİKİ SEMİNAR KEÇİRİLİB
ADMİU-DA "ROMANTİZM: TARİXİ VƏ ƏHƏMİYYƏTİ" MÖVZUSUNDA ELMİ-PRAKTİKİ SEMİNAR KEÇİRİLİB
28.11.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Musiqi sənəti fakültəsinin təşkilatçılığı ilə "İncəsənət tarixi: XXI əsrdən baxış" silsiləsindən "Romantizm : tarixi və əhəmiyyəti" mövzusunda Elmi-praktiki seminar keçirilib. “Musiqi sənəti” fakültəsinin təşkil etdiyi seminarda müxtəlif fakültələrin tələbələri bir araya gəlib. III kurs Musiqişünas tələbə Səmərə Qafarova “Romantizm dövrünün səciyyəsi”, Nigar Yusubova “Romantizm musiqidə”, IV kurs rəssamlıq fakültəsi tələbəsi Valeriya Dmitriyeva “Romantizm visual sənətlərdə” məruzələri ilə çıxış ediblər. “Aktyor sənəti” fakeltəsinin I kurs tələbələri Səbinə Məmmədova, Səbinə Rzayeva, Samirə Rüstəmova C.Bayronun “She walks in beauty” şerini söyləyib, Musiqi sənəti fakültəsinin IV kurs tələbəsi İlahə Salmanzadə F. Şopenin . Skertso №2 (op. 31), II kurs tələbəsi Pərvin Paşazadə N. Paqanini. №16 Kaprisini, I kurs tələbəsi Zaur Məmmədov M. Culiani. Konsert etüdünü və F. Karullinin Siciliana əsərini ifa edib, II kurs tələbəsi Xanım Əsgərova “R. Şuman romantizm cərəyanının nümayəndəsi kimi” məruzəsi ilə çıxış edərək bəstəkarın “Gənclik üçün albom” silsiləsindən “Xatirə”( op. 68) mahnısını, II kurs magistr tələbəsi Günel Quliyeva isə “F. Listin yaradıcılığında “ölüm” simvolunun təfsirinə dair” mövzusu ilə çıxış edərək onun “Funerailles” əsərini ifa edib.
Seminarın son çıxışları müəllimlərin üzərinə düşüb. Belə ki, F.Şubertin “Ave Mariya” əsərini “İnstrumental ifaçılıq” kafedrasının dosenti Zəhra Qarayeva o kafedranın baş müəllimi Rəşad Kazımovun müşayiəti ilə ifa edib. Seminara “İnstrumental ifaçılıq” kafedrasının müdiri, dosent Səbinə Mehdiyevanın ifasında F. Şopenin Balladası (op. 23) ilə yekun vurulub.