Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə Əməkdar artist Mehriban Zəki ilə tələbələrin görüşü baş tutub.
Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyevanın, professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçən görüşdə Teatrşünaslıq kafedrasının müdiri, professor Aydın Talıbzadə qonaqları salamlayaraq, Mehriban xanımı yubileyi münasibətilə təbrik edib, yubilyar ilə bağlı xatirələrini paylaşıb.
Mehriban Zəki də öz növbəsində qonaqları salamlayaraq, dəvətə görə öz minnətdarlığını bildirib. Aktrisa tələbələlik illəri, yaradıcılığı və fəaliyyəti barədə geniş məlumat verib və rejissor Vaqif İbrahimoğlu ilə bağlı xatirələrini bölüşüb.
Daha sonra Universitetin professor-müəllim heyətindən Gülşən Əliyeva, Məmmədsəfa Qasımov, Vidadi Qafarov, Yaqut Paşayeva aktrisa haqqında dəyərli fikirlərini bölüşüblər. Tələbələri maraqlandıran suallara cavab verilib, müzakirələr aparılıb. Sonda Vaqif Səmədoğlunun “Sol əlimlə sağ əlim arasında” əsərinin tanınmış aktrisa tərəfindən özünəməxsus tərzdə ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.