“Səda” Tədris Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti SABAH qrupu IV kurs tələbələrinin ifasında M.F.Axundzadənin “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” pyesi əsasında hazırladıqları bir hissəli tamaşa növbəti dəfə təqdim olunub.
Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tamaşanın rejissoru, kurs rəhbər Əməkdar artist Nofəl Vəliyevin rəhbərliyi ilə Xədicə Məmmədova - Şəhribanu xanım, Orxan İsgəndərli - Hatəmxan ağa, Anaxanım Sultanova - Gülçöhrə xanım, Corc Qafarov - Şahbaz bəy, Susanə Məmmədova - Xanpəri, Məhəmməd Musayev - Müsyo Jordan, Hilal Dəmirov - Dərviş Məstəli şah, Hüseynağa Aslanov - Qulaməli və ADPU tələbəsi Qönçə Vəliyeva - Şərəfnisə xanım rolunda çıxış ediblər.
Yaradıcı heyətin böyük ruh yüksəkliyi, tələbələrin obrazları peşəkar şəkildə canlandırmaları, dinamika, aydın səhnə danışığı, geyimlər, dekorasiya, tamaşada hər bir şeyin bir-birini tamamlanması tamaşaçı kütləsinə müsbət təsir bağışlayıb. Qeyd edək ki, tamaşanın hazırlanmasında Sabah mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova, Səhnə danışığı üzrə dosent Nadir Hüseynov və Plastik həll üzrə rejissor Ruslan İsmayılovun əməyi böyükdür.