NİTQ MƏDƏNİYYƏTİ ÜZRƏ MÜTƏXƏSSİS CƏLALƏ NƏZƏROĞLU ADMİU-DA
NİTQ MƏDƏNİYYƏTİ ÜZRƏ MÜTƏXƏSSİS CƏLALƏ NƏZƏROĞLU ADMİU-DA
14.11.2017
14 noyabr tarixində “ASAN Radio”nun redaktoru, aparcısı və nitq mədəniyyəti üzrə mütəxəssis Cəlalə Nəzəroğlu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə görüşüb.
Görüşdə mütəxəssis qüsursuz nitqə sahib olmağın yollarına dair mühazirəsi ilə Kino və televiziya sənəti fakültəsinin tələbələrinə dolğun səsə sahib olmaq, söz ehtiyatının artırılması, düzgün nəfəs almaq, auditoriya qarşısında sərbəst çıxış etmək, insanlarda xoş təəssürat yaratmaq və bir çox vacib məsələlərə diqqəti çəkib.
Diksiya təlimçisi Cəlalə Nəzəroğlu çıxışında doğru, təsirli və qüsursuz danışıq qabiliyyəti ilə insanlar tərəfindən maraqla dinlənilmək, qəbul olunmaq, uğur qazanmaq, seçilmək və hədəflərə çatmağın mümkün olduğunu bildirib.