Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və televiziya” fakültəsinin Kinoşünaslıq ixtisasının tələbələrinin xalq artisti Həmidə Ömərovanın və Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami Elaydinin rəhbərliyi və iştirakı ilə Şərq kinosu mövzusunda seminar keçirilmiş, seminar maraqlı söhbətlər, müzakirələr əsasında davam etmişdir. Misir Mədəniyyət Mərkəzində tələbələrə ödənişsiz Ərəb dilinin öyrədilməsi təklif edilmiş, tələbələr böyük maraqla kurslara yazılmışlar. Seminarda Həmidə Ömərova tələbələrinə Şərq kinosunun əsasən də Misir kinosunun özəlliklərindən söz açaraq əyani şəkildə filmləri göstərərək müzakirələr aparıb, onlara Misir kinosu, onun inkişaf tarixi barəsində geniş məlumat vermişdir. Sonda bu tipli tədbirlərin gələcəkdə keçirilməsi də planlaşdırılmışdır.