ADMİU-NUN TƏŞKİLATÇILIĞI İLƏ “ALEKSANDR TUQANOVUN İRSİ AZƏRBAYCAN TEATR MƏDƏNİYYƏTİ KONTEKSTİNDƏ” ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birgə Azərbaycan Teatr Xadimləri İttifaqında “Aleksandr Tuqanovun irsi Azərbaycan teatr mədəniyyəti kontekstində” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Tanınmış rejissor və pedaqoq Aleksandr Tuqanovun anadan olmasının 145 illiyinə həsr edilmiş konfransı giriş sözü ilə Azərbaycan Teatr Xadimləri İttifaqı sədrinin müavini, Azərbaycanın Xalq Artisti Hacı İsmayılov açıb.
Qeyd edilib ki, aktyor, rejissor, pedaqoq, Azərbaycan SSR-in Xalq Artisti (1936) Aleksandr Tuqanov Azərbaycan teatrının təşəkkülündə mühüm rol oynayıb.
Konfransda ADMİU-dan Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm Əlizadə “Aleksandr Tuqanov yaradıcılığında Cəfər Cabbarlı fenomeni”, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadə “Azərbaycan rejissura tarixinin Aleksandr Tuqanov bölümü”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq Sadıxov “Azərbaycan teatrşünaslığında Aleksandr Tuqanov yaradıcılığının tədqiqi” mövzusunda məruzələri, xalq artistləri Ağakişi Kazımov, Hacı İsmayılov, Rafiq Əzimov çıxışları ilə hamının marağına səbəb olmuşdur.
Konfrans müzakirələrlə öz işini yekunlaşdırmışdır.