ADMİU-NUN "BİR" KÖNÜLLÜ KOMANDASI TƏLƏBƏLƏR İLƏ GÖRÜŞÜB
ADMİU-NUN "BİR" KÖNÜLLÜ KOMANDASI TƏLƏBƏLƏR İLƏ GÖRÜŞÜB
23.10.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "BİR" Könüllü proqramının oktyabr ayı ərzində nəzərdə tutulan iclası keçirilib.
Tələbə heyətinin iştirak etdiyi iclasda Universitet üzrə "BİR" Könüllü komandasının koordinatoru, Aktyor sənəti ixtisasının II kurs tələbəsi Toğrul Qasımov tələbələr tərəfindən təklif olunan müxtəlif layihələri, təklif, iradları dinləyib və fakültələr üzrə sədrləri təqdim edib.
Qeyd edək ki, iclas zamanı könüllü fəaliyyətində ADMİU TGT, ADMİU YAP GB-nin sədrləri İman Sadıqov və Orxan Məmmədov da "BİR" Könüllü komandasına yaxından dəstək olacaqlarını qeyd ediblər.