Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə şəhərimizin qonağı olan Litvanın tanınmış rejissoru Audrius Stonis, İttifaqın sədri, xalq artisti Şəfiqə Məmmədova və Litvanın Azərbaycandakı səfiri cənab Valdas Lastauskas oktyabr ayının 16-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qonağı olublar.
Ənənəvi olaraq ilk öncə qonaqları Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva qəbul edib. Görüşdə rektor Universitetdə tədris olunan ixtisaslar, beynəlxalq əməkdaşlıq, tələbələrimizin filmlərinin müxtəlif beynəlxalq festivallarda, müsabiqələrdə iştirakı və uğurları haqqında ətraflı məlumat verib. Audrius Stonis Litva İncəsənət İnstitutunun təhsil sistemindən, ixtisaslardan və s. danışıb. O, Kino rejissoru ixtisasının çox maraqlı və çətin, böyük vəsaitlər tələb etdiyini bildirərək, təmirdən sonra tələbələr üçün hər bir şəraitin yaradıldığını, onların film rejissorluğu sahəsində daha çox bilik əldə etmələrini istədiyini, bunun üçün Universitetdə müxtəlif yerli və xarici mütəxəssislərin ustad dərsləri və seminarlarının təşkil olunduğunu vurğulayıb. Elə bu səbəblə Universitetin qonağı olan Litvalı rejissorun tələbələrlə görüşü onlar üçün faydalı olacağı qeyd olunub. Fərəh Əliyeva Səs rejissoru ixtisasının da ölkəmizdə çox tələb edilən sahə olduğunu deyərək, universitetdə belə bir ixtisasın açılmasının planlaşdırıldığını deyib. Görüşün sonunda səfir rektora Litva haqqında kitablar və CD hədiyyə edib.