ADMİU-NUN REKTORU PROFESSOR FƏRƏH ƏLİYEVA "MARMARA MƏDƏNİYYƏT VƏ SƏNƏT GÜNLƏRİ"NDƏ İŞTİRAK EDİB
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Fərəh Əliyeva və Universitetin tələbələrindən ibarət Xalq Çalğı Alətləri ansamblı Səhiyyə, Mədəniyyət və İdman İdarəsi tərəfindən Marmara Universitetinin Göztəpə kampusunda təşkil edilən "Marmara Mədəniyyət və Sənət Günləri"ndə iştirak edib.