Rotuna Jazz klubda gənc caz ifaçılarının iştirak etdiyi “I am Jazzman” müsabiqəsi keçirilib. 2017 Jazz Festivalı çərçivəsində keçirilən, üç turdan ibarət olan müsabiqədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də iştirak edib.
Musiqi sənəti fakültəsi Estrada kafedrasının II kurs tələbəsi Şəfiqə Abbasova “Estate”, “Taking a chance on love”, İnstrumental ifaçılıq kafedrasının II kurs tələbəsi Nurlan Abdullazadə “Klassik popuri", III kurs tələbəsi Məhəmməd Məmmədli “Billies Bounce” əsərlərini ifa ediblər. Eyni zamanda tələbələr Nurlan Abdullazadə və Məhəmməd Məmmədlinin ifasında “Someday my Prince will come” əsəri də səslənib. Müsabiqədə tələbələrin ifası münsiflər heyəti tərəfindən maraqla qarşılanaraq ikinci tura vəsiqə alıblar.