Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, alimlər və jurnalistlər Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər. Səfər çərçivəsində Beynəlxalq Müəllimlər Günü münasibətilə Novruz Aslanov adına kənd tam orta məktəbinin kollektivi ilə görüşüb, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri məktəb kitabxanasına 200-dən artıq kitab bağışlayıblar. Görüşdə müəllimlərə Bilik Fondunun bayram təbriki və hədiyyələri çatdırılıb, tələbələr konsert proqramı ilə çıxış ediblər. Bədii hissədə Universitetin əməkdaşı Emil Mirzəyev (tar), tələbələr Fərrux Haşımlı (kamança) xalq mahnıları ifa ediblər.