Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, eyni zamanda Universitetin “Mətbuat və ictimaiyyətlə əlaqələr” şöbəsinin müdiri Nərmin Qaralova may ayının 1-dən 31-nə kimi keçirilən 23-cü İstanbul Türk Musiqi Günləri çərçivəsində təşkil edilən "Müzikte Metodoloji ve Müzikle İletişim Uluslararası Sempozyumu"nda çıxış edib. İstanbul Türk Müziği Dernek ve Vakıfları Dayanışma Konseyi və İstanbul Şişli Meslek Yüksekokulunun təşkilatçılığı, Kültür ve Turizm Bakanlığı, İBB, TRT –nin dəstəyi ilə təşkil olunan festivalda iki gün davam edən Beynəlxalq Simpoziumun ilk günü Universitetin dosenti Y.Doç.Dr. Süleyman Erguner ilə birlikdə iclası idarə etmiş, maraqlı mövzularda çıxışları dinləyərək, onları qiymətləndirmiş, fikir və suallarını vermişlər. Universitetin təmsilçisi Beynəlxalq Simpoziumun bağlanışında “Musiqinin inkişafı və əlaqələrində- musiqi tənqidi” ("Müziğin gelişimi ve iletişim için: eleştiri") aktual mövzusu ilə çıxış edərək, maraqlı, səmimi, ətraflı məruzəsi, söhbəti ilə diqqəti cəlb etmiş, konfrans iştirakçılarının suallarını cavablandırmışdır. Sonda 23 illik tarixə malik festivalın təşkilatçısı Y.Doç. Dr. Göktan AY iştirakçılara simpoziumda çıxış etdikləri üçün diplomlar təltif etmişdir.